Oğurluq etdi, evindən avtomat çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Oğurluq etdi, evindən avtomat çıxdı

Kriminal

14 Aprel 2023 09:29 870


Siyəzəndə oğurluq edən şəxsin evindən silah aşkarlanıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayon  sakini Nəcəf Mütəlimovdur.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs zərərçəkmişə məxsus mağazaya pəncərəni sındırma yolu ilə daxil olaraq oradan 50 manat pul və 713 manat dəyərində müxtəlif növ siqaretlər oğurlayıb. Dördpendirli pizza

N.Mütəlimovun evinə baxış keçirilən zaman oradan 1 ədəd "Naqan" markalı tapança və ona məxsus patronlar aşkar edilib.

Faktla bağlı Siyəzən  RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Nəcəf Mütəlimovun barəsində həbs qətimkan tədbiri seçilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!