Oğuzda 66 yaşlı kişi çayxanada bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda 66 yaşlı kişi çayxanada bıçaqlandı

Kriminal

01 May 2023 23:33 860


Oğuzda 66 yaşlı kişi çayxanada bıçaqlanıb.

“Report”un məlumatına görə, rayonun Bayan kəndi ərazisində yerləşən çayxanada 1957-ci il təvəllüdlü Bəxtiyar Yusub oğlu Həsrətov boyun nahiyəsindən bıçaq xəsarətləri alıb.

66 yaşlı B.Həsrətov Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Pepperoni pizza

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Rəşad Davud oğlu Manafov saxlanılıb, məhkəmə tibbi ekspertizası təyin olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!