Oğuzda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhid Anar Talıb oğlu Əliyevin adına inşa edilən bulağın açılışı olub.
Açılış mərasimində şəhidin yaxınları, şəhid ailələri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Pepperoni pizza
Tədbirdə şəhid A.Əliyevin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.
Qeyd edək ki, A.Əliyev 1991-ci ildə Oğuz rayonunda doğulub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan A.Əliyev 2020-ci il Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olub. A.Əliyev oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Şəhid Anar Əliyev ailəli idi, 1 övladı yadigar qalıb.
Telegram kanalımız