Şri-Lankanın keçmiş prezidenti Qotabaya Racapaksanın vətəninə dönəcəyi gözlənilir.
Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, o, Sinqapura gəldikdən sonra iyulun 15-də istefa verib və müttəfiqi Ranil Vikremesinqhe keçən həftə parlamentdə yeni prezident seçilib.
Nazirlər Kabinetinin sözçüsü Bandula Qunavardena jurnalistlərə deyib: "Bildiyim qədər, onun geri dönəcəyi gözlənilir". Sözçü keçmiş prezidentin nə vaxt qayıdacağını bilmədiyini əlavə edib, lakin Racapaksanın nə gizləndiyini, nə də sürgündə olduğunu vurğulayıb. pizza hut
"Eks-prezident mümkün qədər tez evə qayıtmaq və Kolombo kənarındakı şəxsi iqamətgahında yaşamaq istəyir".
Bunu adının çəkilməsini istəməyən Şri Lanka hökumət rəsmisi deyib.
Telegram kanalımız