Ölkənin bu ərazilərinə yağış yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Ölkənin bu ərazilərinə yağış yağır - FAKTİKİ HAVA

Sosial

12 Noyabr 2024 16:21 861


Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şərur, Şahbuz, Culfa, Ordubad, Qəbələ, İsmayıllı, Oğuz, İmişli, Şamaxı, Xaçmaz, Altıağac, Quba, Qusar, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, Ağdam, Bərdə, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda arabir yağış yağır. Toyuqlu pizza

Naxçıvan, Şamaxı, Qrız, Yevlaxda isə duman müşahidə olunur.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 9, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcə isti, yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!