Külli miqdarda pirotexniki vasitələrin topdan satışını həyata keçirən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə Gürcüstandan ölkəyə gətirilərək Gəncə şəhərində yerləşən gizli anbarda topdansatışının təşkil olunub.
Həmin ünvanda həyata keçirilən tədbir nəticəsində 1985-ci il təvəllüdlü İlham Zakiroğlu saxlanılıb. O, “Sədərək” Ticarət Mərkəzində mağazalara topdansatışını təşkil edib. İlham Zakiroğluna məxsus anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman külli miqdarda yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Dominos pizza
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız