Ölüm xəbəri yayılan Azər Baxşəliyevlə bağlı RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ölüm xəbəri yayılan Azər Baxşəliyevlə bağlı RƏSMİ AÇIQLAMA

Sosial

05 Yanvar 2025 10:32 1259


Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin son durumu açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.

Bildirilib ki, dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib: pizza

"Poliorqan çatışmazlığı səbəbindən orqanizm yaşama qabiliyyətini itirib. Bununla bağlı olaraq, Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə bu gün evə aparılır", - məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!