Ombudsman azyaşlı qızın fiziki zorakılığa məruz qalmasını nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Ombudsman azyaşlı qızın fiziki zorakılığa məruz qalmasını nəzarətə götürdü

Sosial

09 Sentyabr 2020 20:57 961


Sumqayıt şəhərində azyaşlı qızın fiziki zorakılığa məruz qalması iddiası ilə bağlı araşdırma aparılıb. 

Bu barədə Yenisabah.az-a Ombudsman Aparatından məlumat verilib.  

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə 9 sentyabr 2020-ci il tarixində bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə azyaşlı uşağın ögey atası tərəfindən fiziki zorakılığa məruz qalması barədə yayılmış məlumatların yerində araşdırılması məqsədi ilə Ombudsman Aparatının əməkdaşları Sumqayıt şəhərində olublar. Dominos pizza

Araşdırma çərçivəsində Ombudsmanın nümayəndələri, o cümlədən ixtisasca psixoloq olan əməkdaş tərəfindən həmin ailə ilə görüş keçirilib, anasının iştirakı ilə azyaşlı qızla, habelə uşağın valideynləri ilə fərdi qaydada söhbətlər aparılıb. Mövcud vəziyyətdə valideyn və uşağın hüquq və vəzifələri barədə onlara hüquqi məsləhət verilib, uşağın hüquq və mənafelərinin təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Məsələ Ombudsmanın nəzarətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!