“Onlar kəlbəcərlilərə 10 saniyə də vaxt verməmişdilər” -   Ərşad Hüseynov

saytların hazırlanması

Evə çatdırılma

“Onlar kəlbəcərlilərə 10 saniyə də vaxt verməmişdilər” - Ərşad Hüseynov

Sosial

17 Noyabr 2020 17:52 1359


"Mediada, hətta bəzi TV-lərdə belə bir yanlış məlumata rast gəldim ki, guya 1993-cü ildə ermənilər Kəlbəcəri tərk etmək üçün bizim camaata 10 saat vaxt verib. Belə bir şey olmayıb".

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Ərşad Hüseynov sosial şəbəkədə yazıb.

O təəssüflə qeyd edib ki, məlum videoya baxanlar fərqinə varmadan yanlış məlumat yayırlar: Toyuqlu pizza

"Həmin videodakı başkəsən terrorçular taleyin ümidinə qalmış insanlarımızı aşağılamaq məqsədilə səsgücləndiricidən istifadə edərək şənlənirlər. Kiçik bir ərazidə baş verən bu səhnəni özləri üçün videoya da çəkiblər. O vaxt heç kimə, heç bir vaxt verilməmişdi, insanlar sadəcə olaraq təlaş içərisində öz yürdlarını kütləvi tərk edirdilər. O zaman Kəlbəcərdə və Laçının Şimal hissəsində xeyli syda hərbçilərimiz də var idi. Düşmənə səmərəli müqavimət göstərilməsə də, həmin hərbçilərimiz olmasaydı, düşmən Kəlbəcərdə daha ağılasığmaz faciələr törədərdi. Hərbçilərin çıxma müddətində və onların köməyi ilə dinc sakinlər də çox çətinliklə Kəlbəcəri tərk etmişdilər. Belə məlumatları yaynda diqqətli olmalıyıq, əks təqdirdə unitazaparan xalqın “mərhəmət”i barədə yanlış fikir yarana bilər. Onlar bizim camaata 10 saniyə də vaxt verməmişdilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!