Onlara daha geniş güzəştlər təbiq edilməlidir ki... -   İqtisadçı ekspert

saytların hazırlanması

Evə çatdırılma

Onlara daha geniş güzəştlər təbiq edilməlidir ki... - İqtisadçı ekspert

Sosial

24 Dekabr 2020 14:37 1158


Vətən müharibəsindən sonra cəmiyyətdə ən çox müzakirəyə olunan məsələlərdən biri də məcburi köçkünlərimizin öz yurd-yuvalarına qaytarılması ilə bağlıdır. Rusiyalı sülhməramlıların nəzarəti ilə ermənilərin Xankəndidə yerləşdirilməsi prosesi davam edir. Lakin Azərbaycan vətəndaşları hələ də öz torpaqlarına ayaq basmayıblar. Bunun əsas səbəbləri isə dağıdılmış infrastruktur, minalanmış ərazilərdir. Tam şəkildə təhlükəsizliyin təmin edilməsi yəqin ki, bir qədər vaxt alacaq. Bundan sonra isə  könüllülük prinsipi ilə köçürülmə prosesinə başlanılacaq. Maraqlıdır, belə olan halda, Qarabağ sakini olmayan Azərbaycan vətəndaşlarının da həm iqtisadiyyatı dirçəltmək, həm də Bakının yükünü azaltmaq üçün oraya köçürülməsi mümkündürmü?

İqtisadçı ekspert Akif Nəsiri Yenisabah.az-a açıqlamasında bildirib ki, bu, təkcə dövlətin görəcəyi bir iş deyil, vətəndaşların da razılığı olmalıdır:

“Hökumət nə məcburi köçkünləri, nə də digər vətəndaşlarımızı oraya köçməyə məcbur edə bilər.  Bu, insan hüquqlarının pozulması olar. Amma stimullaşdırıcı addımlar atıla bilər. Məsələn, Qarabağda onlara ev verə bilərlər, həmçinin orada çalışanların əməkhaqqı çox ola bilər. Dünya praktikasında bu var. Təhlükəli zonada işləyən əhalini evlə təmin edirlər, maaşları da digərlərinin maaşından 30-40 faiz çox olur. Hökumət bu üsulları tətbiq edərək əhalinin işğaldan azad olunan ərazilərdə məskunlaşmasını rahatlıqla təmin edə bilər”. Toyuqlu pizza

Torpaqların azadlığı uğrunda döyüşən əsgərlərin orada yerləşdirilmə ehtimalına gəldikdə isə ekspert onların həmin əraziyə mənəvi bağlılığının olduğunu və bu addımın yaxşı nəticə verə biləcəyini vurğulayıb:

“Onlar orada döyüşüblər, yaxın dostlarını itiriblər. Döyüş yoldaşı mənəvi baxımdan hətta övladdan da yaxındır. Çünki əsgər həmin an düşünür ki, ölsə, döyüş yoldaşı onu oradan çıxaracaq. Mən Qarabağda döyüşənlərdən orada yaşamaqla bağlı arzularını eşitmişəm. Ona görə də hesab edirəm ki, hökumət o  ərazilərdə təmizləmə işini sürətlə aparmalı, o ərazilərin kommunikasiya sistemi və iqtisadiyyatı qurulmalıdır, yaşayış üçün şərait yaradılmalı və stimullaşdırmada döyüşçülərə yer verilməlidir. Onlara daha geniş güzəştlər təbiq edilməlidir ki, rahat yaşaya bilsinlər”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!