“Siqnallar gəlir ki, şəhid və qazi ailələrini incidənlər var. Onlara qarşı xidməti yüksək səviyyədə həyata keçirmək lazımdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, dərslərin onlayn formada keçirilməsi ilə əlaqədar bütün kəndlərdə internet olmalıdır: “Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi zəhmət çəksin həmin o yüksək texnologiyanı kəndlərdə tətbiq etsin”. Dominos pizza
Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, şəhid və qazi ailələrinə problem yaradanların adlarını açıqlamaq lazımdır. /Report
Telegram kanalımız