“Dağlıq Qarabağ münaqişəsi arxada qalıb. Artıq bu səhifə bağlanaraq qarşıdakı dövrün prioritetləri müəyyənləşdirilir”.
“Yeni Sabah” xəbər verir ki, bunu bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi şərhçi Vüqar Rəhimzadə deyib.
O, bildirib ki, bu günümüzün əsas məsələsi Azərbaycanın möhtəşəm hərbi və siyasi Qələbəsini və Ermənistanın biabırçı kapitulyasiyasını təsdiq edən 10 noyabr üçtərəfli razılaşmasının əsas şərtlərindən olan Rusiya sülhməramlılarının öz missiyasını necə yerinə yetirməsidir. pizza hut
“Reallıqda onların əsas missiyası bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək verməklə üzərinə düşən vəzifəni yerinə yetirməkdir”.
V.Rəhimzadə qeyd edib ki, sözügedən sülhməramlı kontingent fəaliyyətə başladığı gündən Ermənistana dəstəyini açıq-aşkar ortaya qoyaraq tərəfsizlik prinsipini kobud şəkildə pozmaqla Rusiyanın 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin postmüharibə dövründə sülh razılaşmasının əldə olunması istiqamətində göstərdiyi səylərin üzərinə kölgə salmaqla məşğuldur:
“İrəvandan Xankəndiyə erməni daşımaq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə gül-çiçək dəstəsi ilə təbrik etmək sülhməramlıların vəzifəsi deyil.
Rusiya sülhməramlıları bu mühüm məqamı da unutmamalıdırlar ki, onların bir vəzifələri də bölgəni silahsızlaşdırmaq, tərəflər arasında atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək, dinc vətəndaşların, xüsusilə Qarabağa Böyük Qayıdışa hazırlaşan azərbaycanlıların təhlükəsizliyini qorumaqdır.
Amma görünən odur ki, onların atdıqları bəzi addımlar missiyalarına uyğun deyil. 10 noyabr razılaşmasının tələblərinin Rusiya sülhməramlıları tərəfindən gizli, yaxud açıq şəkildə pozulması rəsmi Moskvanı düşündürməli, vəzifəsi bölgədə dayanıqlı sülhü və təhlükəsizliyi bərpa etmək olan sülhyaratma qüvvələrinin fəaliyyətində bitərəfliyə nail olmaq üçün ciddi addımlar atılmalıdır.
Sülhməramlı missiya unutmamalıdır ki, bu torpaqların sahibi Rusiya və Ermənistan deyil, Azərbaycandır”.
V.Rəhimzadə qeyd edib ki, bizim qeyd etdiyimiz məqamlar, necə deyərlər, aysberqin yalnız görünən tərəfləridir: “Bu gün Qarabağ bölgəsində hələ də erməni yaraqlılarının qalmasına sülhməramlıların seyrçi mövqedən yanaşması haqlı olaraq Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur. 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə bu faktı bir daha əyani şəkildə çatdırdı. Tarixi Qələbəmizdən sonra İlham Əliyevin bütün çıxışlarında Ermənistanın hər hansı revanşist addımına veriləcək adekvat cavabı xatırlatması da səbəbsiz deyil. Bu, işğalçı dövlətə və ona hələ də yardım göstərmək istəyənlərə ciddi mesajdır”.
Telegram kanalımız