Orban Avropada müdafiə ittifaqı yaratmağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Orban Avropada müdafiə ittifaqı yaratmağa çağırdı

Dünya

27 İyul 2024 17:37 672


Avropa İttifaqı Ukraynadakı münaqişə başa çatdıqdan sonra Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmaq üçün çalışmalıdır.

Yenisabah.az EFE-yə istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

Onun fikrincə, bu cür barışıq Aİ-nin dünya miqyasında mühüm mövqeyini qoruyub saxlaması üçün zəruri olacaq. pizza hut

Macarıstanın baş naziri yenidən Brüsselin Ukrayna ilə bağlı mövqeyini tənqid edərək, Aİ-ni diplomatiyaya əl atmaq istəməməkdə ittiham edib. “Bəxtimiz gətirsə, Ukrayna Rusiya və ABŞ-ın imzaladığı saziş çərçivəsində beynəlxalq təhlükəsizlik zəmanəti alacaq, bu halda Avropa da bu prosesdə iştirak edə biləcək”.

Eyni zamanda, Orban Kiyevin Avropa Birliyinə və NATO-ya qoşulma şanslarına bir daha şübhə ilə yanaşıb, Avropada müdafiə ittifaqı yaratmağa çağırıb.

O, həmçinin Aİ-nin enerji təhlükəsizliyinin vacibliyini qeyd edib. Macarıstanın baş naziri deyib: “Bu, nüvə enerjisi olmadan mümkün deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!