Orbandan Ukraynaya çağırış: Atəşkəs elan edin!

saytların hazırlanması

Evə çatdırılma

Orbandan Ukraynaya çağırış: Atəşkəs elan edin!

Dünya

02 İyul 2024 17:15 556


Macarıstanın baş naziri Viktor Orban Zelenskidən Rusiya ilə münaqişənin sülh yolu ilə həllini sürətləndirmək üçün atəşkəs barədə düşünməyi xahiş edib.

Yenisabah.az xəbər verir ki, Kiyevdə Ukrayna prezidenti ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib:

“Prezident Zelenskinin sülhə nail olmaq üçün bütün təşəbbüslərini yüksək qiymətləndiririk. Bu təşəbbüslər beynəlxalq diplomatiya qaydalarına görə, çox vaxt aparır və çox mürəkkəbdir. Mən cənab prezidentdən xahiş etdim ki, bir az fərqli yol tutmaq, atəşi dayandırmaq və sonra danışıqları davam etdirmək mümkün olub-olmayacağı barədə düşünsün”. pizza mizza

Bundan əvvəl, Zelenskinin Telegram kanalında iki lider arasında danışıqların videosu yayıb. O bildirib ki, Macarıstanın baş naziri ilə ədalətli və davamlı sülhü necə yaxınlaşdıracağını müzakirə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!