Ordumuz iyuna qədər bu əraziyə girməlidir 

saytların hazırlanması

Evə çatdırılma

Ordumuz iyuna qədər bu əraziyə girməlidir 

Siyasət

13 Fevral 2024 16:15 530


Ermənilər bizim 4 kəndimizi işğal ediblər, hələ anklavları demirəm. Faktiki olaraq, Ermənistan qoşunları sərhədi keçib, bu 4 kəndimizi işğal edib. Azərbaycan konkret vaxt qoymalıdır ki, Ermənistan işğal etdiyi ərazilərdən qoşunları çıxarsən, bunu etməsə, dərhal güc tətbiq edib, kəndləri işğaldan azad etməlidir. 

Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Teleqraf.com-a geniş müsahibəsində deyib. 

“Anklavlar məsələsini bundan sonra və ya delimitasiya-demarkasiya məsələləri müzakirə ediləndə həll edə bilərik. Ermənistana təzyiqlər artırılmalıdır. Ermənistana təzyiq artırılmasa, sülh sazişini imzalamayacaq. Çünki Ermənistanın Qərbdəki tərəfdaşları və erməni diasporu bunu istəmir”, - o bildirib.  Marqarita pizza

Q.Həsənquliyevin sözlərinə görə, bu əməliyyat mayın sonu – iyunun əvvəli bitməlidir./Axar.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!