Ordumuzun əsgəri sərhəddə minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Ordumuzun əsgəri sərhəddə minaya düşdü

Sosial

20 Dekabr 2024 17:43 540


Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu gün saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb. pizza mizza

İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, onun həyatı üçün təhlükə yoxdur.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!