Orqanları ilə 80 nəfərə həyat verdi  - Video

saytların hazırlanması

Evə çatdırılma

Orqanları ilə 80 nəfərə həyat verdi  - Video

Dünya

06 Sentyabr 2022 12:41 1075


Meksikada həyatını itirən şəxs bağışladığı orqanlarla 80 nəfərə ümid verib.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, 31 yaşlı donordan mədəaltı vəzi, ürək, qaraciyər, buynuz qişa, dəri, böyrək və əzələ toxumalarının xilas edildiyi bu toxumaların orqan bağışlanmasını gözləyən 80 nəfərə köçürüləcəyi bildirilib. 

Meksikanın San Luis Potosi əyalətində orqanlarını bağışlayan adı açıqlanmayan 31 yaşlı şəxs orqan bağışlaması ilə onlarla insana ümid bəxş edib.  Sezar pizza

Xəstənin beyin ölümündən sonra 50 saylı Regional Xəstəxanada aparılan əməliyyatla orqanlarının çıxarıldığı və sözügedən orqanların ehtiyacı olan xəstələrə köçürüləcəyi açıqlanıb. 

Əməliyyatdan sonra orqan donorunun cəsədi xəstəxanadan çıxarılıb və o, dəhlizdə düzülən səhiyyə işçilərinin alqışları ilə son mənzilə yola salınıb. Orqan donorunun ailəsi hər fürsətdə uşaqlarının bütün orqanlarını ehtiyacı olanlara bağışlamaq istədiklərini bildirib. 

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!