Orxanın məktubu üzə çıxdı: “Ölümümdə heç kəsi günahlandırmayın”

saytların hazırlanması

Evə çatdırılma

Orxanın məktubu üzə çıxdı: “Ölümümdə heç kəsi günahlandırmayın”

Kriminal

17 Oktyabr 2023 11:25 36447


Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı Orxan Məmmədlinin intiharı ilə bağlı bəzi məqamlar bəlli olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Orxan Məmmədlinin borc səbəbindən intihar etdiyi iddia olunur.

Belə ki, o, intihar etməmişdən öncə məktub yazıb. Məktubda kimə nə qədər borcu olduğunu qeyd edib. Dominos pizza

“Haqqınızı halal edin, mən bu dünyadan gedirəm. Ölümümdə heç kəsi günahlandırmayın”, - məktubda qeyd olunub.

Əldə etdiyimiz məlumata görə, son vaxtlar daha çox ofisdə vaxt keçirir, evə getmirmiş. Dünən heç bir işçisi işə getməyib. O.Məmmədli özünü ofisdə asıb.

Qeyd edək, mərhum Orxan Məmmədli Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur. Mərhumun iki azyaşlı övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rauf
    Allah rəhmət eləsin. Balalarına yazıx.
    3 years ago