Ötən ay bütün dünyada ərzaq qiymətləri artıb - FAO

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay bütün dünyada ərzaq qiymətləri artıb - FAO

Dünya

08 Aprel 2022 14:38 695


Mart ayında dünyada ərzaq məhsullarının qiymətləri kəskin bahalaşaraq görünməmiş həddə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə aprelin 8-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Hesabatda deyilir: “Mart ayında dünya ərzaq qiymətləri kəskin şəkildə artaraq bütün zamanların ən yüksək həddinə çatıb”. Dördpendirli pizza

Sənəddə vurğulanır ki, dünya ərzaq qiymətlərində ən çox görülən aylıq dəyişiklikləri izləyən FAO-nun ərzaq qiymətləri indeksi mart ayında 159,3-ə çatıb ki, bu da fevral ayı ilə müqayisədə 12,6% çoxdur.

Eyni zamanda, bu göstərici fevral ayından etibarən indeksin müəyyən edildiyi 1990-cı ildən bəri ən yüksək həddədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!