Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Ötən gün Azərbaycanda 30 kiloqramdan çox narkotik vasitə aşkarlandı

Kriminal

20 Yanvar 2024 14:38 825


Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 22 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan artıq tiryək, bir kiloqram həşiş, 960 qram metamfetamin və 391 ədəd metadon və tramadol həbləri olub. Dördpendirli pizza

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!