Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində öldü

saytların hazırlanması

Evə çatdırılma

Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində öldü

Hadisə

09 Yanvar 2023 23:45 727


Yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğundan məlumat daxil olub.

Qeyd olunub ki, ilkin araşdırma zamanı Zakir Tağıyevin 09 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilib. Sezar pizza

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!