Özbəkistan qondarma dövlətləri tanımaqdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Özbəkistan qondarma dövlətləri tanımaqdan imtina etdi

Dünya

17 Mart 2022 11:46 512


Özbəkistan Ukraynanın ərazi bütövlüyünü müdafiə edir və Donetsk, Luqansk "xalq respublikaları"nın müstəqilliyini tanımaqdan imtina edəcək.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Əbdüləziz Kamilov deyib.

Nazirin sözlərinə görə, Daşkənd ənənəvi olaraq həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərə malikdir, lakin xarici siyasətini kiminsə milli maraqlarına deyil, özünə əsaslanaraq quracaq. Toyuqlu pizza

Kamilov bildirib: "Biz bu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyik".

Eyni zamanda, o, Özbəkistanın Ukraynadakı hərbi toqquşmalardan narahat olduğunu bildirib və münaqişənin diplomatiya yolu ilə həllinə çağırıb: 

“Biz zorakılıq və hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyıq”.

yeni


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!