YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi”

“Özünüzü artistliyə vurmayın, yığışdırın yalançı sevgilərinizi”

Şou

01 Oktyabr 2022 00:20 1003


"Hər kəs yazır, amma inanın ele əsəbimə toxunur ki... Bir neçə insan bilir Rəhimlə necə dost və sirdaş olmuşuq. Son zamanlar təkliyə çəkilsə də, inanın hər gün keçdiyimiz yolları xatırlayırdıq".

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Əlimuxtarova sosial şəbəkədə yazıb. O, bu gün vəfat edən Rəhim Rəhimli haqda paylaşım edən bəzi məşhurlara əsəbiləşib:

"Demirəm axı ki, niyə belə oldu? Allahın qədəri var, deməli, bu qədər imiş. Çox təəssüf, bir onu deyəcəm ki, yalandan statuslar paylaşıb, özünüzü artistliyə vurmayın. Ay bəzi 5 gündən sonra yaddan çıxaranlar və illərdir Rəhimin yanında olmayanlar... Onu nə məclislərinizdə, nə ad günlərinizdə, nə də əzizlərinizin toyunda gördüm. Nə olar, yığışdırın yalançı sevgilərinizi. Təbii ki, hər kəsdən söhbət getmir. Men onun əsl dostlarını və yalançı dostlarını çox yaxşı tanıyıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!