Pakistan-İran qaz kəməri: ABŞ-a məhəl qoyulmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Pakistan-İran qaz kəməri: ABŞ-a məhəl qoyulmayacaq

Dünya

08 May 2024 13:15 456


Pakistan baş nazirinin müavini və XİN rəhbəri İshaq Dar ABŞ-ın xəbərdarlığına baxmayaraq, İranla "Sülh" qaz kəmərinin tamamlanacağına əminliyini ifadə edib.

Yenisabah.az “Dawn”a istinadla xəbər verir ki, nazir mətbuat konfransında bildirib:

“ABŞ Pakistan-İran qaz kəməri layihəsini dəstəkləmədiyini bildirib və Tehranla iş apararkən sanksiyalar riski barədə xəbərdarlıq edib. Birləşmiş Ştatlar və ya digər ölkələrin nə deməsindən asılı olmayaraq, öz maraqlarımızı rəhbər tutmalı və onlara uyğun hərəkət etməliyik”. Dominos pizza

Pakistan heç bir diktəyə tabe olmayacaq. O, suveren dövlətdir, biz digər ölkələrin suverenliyinə hörmət edirik və onlardan Pakistanın suverenliyinə hörmət etmələrini gözləyirik".

Bundan əvvəl Pakistan hökuməti İran prezidenti İbrahim Rəisinin aprel ayında İslamabada rəsmi səfərini yüksək qiymətləndirib, səfər zamanı geosiyasi problemlərə və mümkün Amerika sanksiyalarına baxmayaraq, qaz kəmərinin tikintisinin başa çatdırılması müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!