“Pakistan kəşfiyyatı Əfqanıstanın düşmənidir” - “Taliban“çı rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Pakistan kəşfiyyatı Əfqanıstanın düşmənidir” - “Taliban“çı rəsmi

Dünya

13 Dekabr 2021 17:50 722


“Pakistan hərbi kəşfiyyat xidməti (ISI) Əfqanıstanın düşmənidir”.

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu "Taliban"ın Mədəniyyət Komissiyasının üzvü Şahabuddin Lival bildirib.

Rəsmi İslamabada qarşı kəskin bəyanatında o, “Pakistanı bütün İslam dünyasının ən geriqalmış, və ən çirkli sistemi” adlandırıb. pizza hut

"Taliban"ın sözçüsü Zəbihullah Mücahid də bu yaxınlarda Pakistan hökumətini "İslama zidd siyasi sistem" kimi səciyyələndirib.

Xatırladaq ki, “Foreign Policy” ötən ay təhlükəsizlik və kəşfiyyat mənbələrinə istinadla xəbər verib ki, Pakistan ordusunun kəşfiyyat xidməti "Taliban"ın narazı üzvləri və digər kiçik cihadçı qrupları bir çətin altında birləşdirmək istəyir.

İddiaya görə, ISI bundan "Taliban"a qarşı bir təzyiq vasitəsi kimi istifadə etmək istəyir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!