Pakistan qana boyandı: 11 nəfər öldü 

saytların hazırlanması

Evə çatdırılma

Pakistan qana boyandı: 11 nəfər öldü 

Dünya

13 Aprel 2024 14:21 441


Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub. 

Yenisabah.az xəbər verir ki, bu barədə “The News” portalı məlumat yayıb. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən 1 km aralıda milli avtomobil yolunu bağlayıb.  Sezar pizza

Silahlı qüvvələr maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açıb. Atılan mərmilər nəticəsində avtomobillərdən biri aşıb, iki nəfər ölüb. 

Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, 9 nəfəri qaçırıblar. Daha sonra səlahiyyətlilər onların hamısının cəsədinin yaxınlıqdakı körpünün altından tapıldığını bildiriblər. 

Polis silahlı Bəluc separatçı təşkilatının üzvlərinin hücuma görə məsuliyyət daşıya biləcəyini bildirib. Təhlükəsizlik qüvvələri şübhəlilərin tutulması üçün bölgədə axtarış əməliyyatına başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!