Pakistanda avtobus qəzası - 15 ölü, 22 yaralı 

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda avtobus qəzası - 15 ölü, 22 yaralı 

Dünya

03 May 2024 11:03 318


Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinin Diamir rayonunda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 15 nəfər ölüb, 22 nəfər yaralanıb. 

Yenisabah.az xarici KİV-ə istinadən istinadən xəbər verir ki, hadisə yerinə gələn polis və xilasetmə qrupları xəsarət alanlar arasında uşaqların da olduğunu bildirib. 

Bəzi sərnişinlər hələ də avtobusda qapalı qaldığı üçün ölənlərin sayının arta biləcəyi ehtimal edilir.  pizza

Polisin ilkin araşdırmasına görə, qəza sürücünün sürət həddini aşması səbəbindən idarəetməni itirməsi nəticəsində baş verib. 

Hadisə ilə bağlı araşdırmalar davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!