Pakistanda musson yağışların doğurduğu daşqınlar nəticəsində iyunun ortalarından bu yana ölənlərin sayı 238-ə çatıb, 187 nəfər yaralanıb.
Yenisabah.az “Business Recorder” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Departamenti məlumat yayıb.
Həmçinin, 3.374 yaşayış evi dağıdılıb, onlardan 2.365-i qismən zədələnib, 1.009-u isə yerlə-yeksan olub. Ən çox ölü sayı ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində qeydə alınıb: 75. pizza hut
Pəncabda 55, Sinddə 48, Xeyber-Paxtunxvada 47 nəfər həlak olub.
Telegram kanalımız