Pakistanda daşqınlar artıq 1208 nəfərin həyatına son qoyub.
Yenisabah.az "Dawn"a istinadla xəbər verir ki, ölkənin Milli Fəlakət İdarəsi məlumat yayıb.
Son 24 saatda ölənlərin sayı 19 nəfər artıb. pizza sifarişi
Ümumilikdə ölkənin şimalından cənuba doğru hərəkət edən daşqınlar 33 milyon insana təsir edib, 1 milyona yaxın ev dağılıb və ya su altında qalıb.
Səhiyyə rəsmiləri dəri və bağırsaq infeksiyaları da daxil olmaqla, ağır zədələnmiş ərazilərdə xəstəliklərin yayılması barədə xəbərdarlıq edir.
Daşqınlara rekord güclü musson yağışları və Himalay dağlarında buzlaqların əriməsi nəticəsində suyun səviyyəsi yüksələn çayların daşması səbəb olur. Pakistan hakimiyyəti bu hadisələrə qlobal istiləşmənin səbəb olduğunu düşünür. Onların fikrincə, 2022-ci ildə vəziyyət daşqınlar nəticəsində 1,7 min insanın öldüyü 2010-cu ildən daha pisdir.
Pakistanın baş naziri Şahbaz Şərif daha əvvəl bildirib ki, leysan yağışları ilə bağlı mövcud vəziyyət son 30 ildə görünməmiş vəziyyətdir.
Telegram kanalımız