Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar matəm elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar matəm elan edildi

Dünya

20 May 2024 10:55 516


İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan edilib. 

Yenisabah.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şerif hadisə ilə bağlı İran rəhbərliyinə və xalqına verdiyi başsağlığında bildirib. 

Baş nazir qeyd edib ki, Prezident və onun tərəfdaşlarına hörmət əlaməti olaraq qardaş İranla həmrəylik nümayiş etdirmək üçün Pakistanda ictimai matəm keçiriləcək, ölkənin bayrağı yarıya qədər endiriləcək.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!