Pakistanda növbəti terror: 1 ölü, 10 yaralı 

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda növbəti terror: 1 ölü, 10 yaralı 

Dünya

15 Avqust 2024 17:39 563


Pakistanın Bəlucistan əyalətində  Kvetta şəhərində separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) otelin önündə qumbaralarla bombalı hücum həyata keçirib.

Yenisabah.az xəbər verir ki, polis hücumda 1 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb. Səhiyyə rəsmiləri yaralıların xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Qumbaralarla hücum xalqın ölkənin müstəqilliyinin ildönümünü qeyd etdiyi günlərdə Kvettada həyata keçirilən üçüncü hücumdur. Toyuqlu pizza

2000-ci ildə qurulan BLA, Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və Bəluc xalqının bu bölgəyə hakim olmasını istəyir. Bu səbəbdən BLA Pakistan təhlükəsizlik qüvvələrini, hüquq-mühafizə orqanları əməkdaşlarını və mülki şəxsləri hədəf alan hücumlar həyata keçirir. 

Pakistanın ən böyük əyaləti olan Bəlucistan ölkədə yoxsulluğun ən yüksək olduğu bölgədir. Əyalət həm də onilliklər ərzində İslamabad administrasiyası ilə mübarizə aparan separatçı hərəkatların mərkəzidir. 

Üsyançılar iddia edirlər ki, bölgə əhalisi Bəlucistanın zəngin yeraltı sərvətlərindən ədalətli şəkildə faydalana bilmir.

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!