Papa Kirili Moskva hava limanında görüşə dəvət edib

saytların hazırlanması

Evə çatdırılma

Papa Kirili Moskva hava limanında görüşə dəvət edib

Dünya

23 İyul 2023 15:54 773


Roma Papası Patriarx Kirili Moskva hava limanında görüşə dəvət edib.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, katolik liderin təyyarəsi Monqolustana gedən yolda yanacaq doldurmaq üçün Moskvada yerə enməlidir.

Papa fürsətdən istifadə edərək pravoslav kilsə başçısı ilə görüşmək istəyir. pizza

Papa ilə Patriarx arasında ilk görüş 2016-cı ildə Havanada, hava limanında baş tutub. Ona görə də indi analoji görüşün keçirilməsi məqsədəuyğun sayılıb. 

Belə bir görüş avqustun 31-də Papanın Monqolustana səfəri zamanı və ya sentyabrın 4-də geri qayıdarkən baş tuta bilərdi.

Hələlik Patriarx Kirilin cavabı məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!