Papa sabah Qazaxıstana gedir

saytların hazırlanması

Evə çatdırılma

Papa sabah Qazaxıstana gedir

Dünya

12 Sentyabr 2022 11:22 748


Dünya katolik xristianlarının lideri sabah "sülh ziyarəti" adlandırdığı Qazaxıstana səfəri zamanı hər kəsdən onun üçün dua etməyi xahiş edib.

Yenisabah.az "Associated Press"ə istinadla xəbər verir ki, Papa Fransisk Vatikan Müqəddəs Pyotr meydanındakı çıxışında Qazaxıstana üçgünlük səfər edəcəyini bildirib. O, beynəlxalq sammitdə iştirak edəcək.

Papa Fransisk deyib: "Bu zirvə çoxlu sayda dini nümayəndə ilə görüşmək və dünyamızın susadığı sülh üçün ortaq sülh arzusu ilə qardaşlar kimi dialoq aparmaq üçün bir fürsətdir. Hər kəsdən bu sülh ziyarəti yolunda dualarını göndərmələrini xahiş edirəm". Marqarita pizza

O, səfər zamanı Rus Pravoslav Kilsəsinin rəhbəri arxiyepiskop Kirill ilə görüşməyə ümid edir, lakin Kirillin bu sammitə qatılması gözlənilmir.

Xatırladaq ki, Qafqaz şeyxülislamı Allahşükür Paşazadənin də Vatikan rəhbəri ilə görüşü planlaşdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!