“Papanin“ və “Kubinka“da 13 nəfər həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

“Papanin“ və “Kubinka“da 13 nəfər həbs olundu

Kriminal

08 Fevral 2023 16:25 944


“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı, həmçinin gənclər arasında təbliği ilə məşğul olan daha 13 nəfər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirib. 13 nəfərdən ümumən 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!