“Papanin“ və “Kubinka“da 8 narkokuryer tutuldu

saytların hazırlanması

Evə çatdırılma

“Papanin“ və “Kubinka“da 8 narkokuryer tutuldu

Kriminal

18 Aprel 2023 12:06 955


“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Elşən Alıyev, İsmayıl Musayev, Firdovsi Məmmədov, Elvin Səfərov, Aqşin Oruczadə, Sunay Bağırov, Cavid Əliyev və Tərlan Xəlilovdan 6 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər. pizza mizza

Bundan başqa,  əməliyyatlar zamanı saxlanılan Elşən Alıyev və İsmayıl Musayevin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Onlar gəncləri sosial şəbəkələrdə şirnikləndirici vədlər müqabilində ələ alaraq paytaxt ərazisində narkokuryerliyə cəlb etmək istəyiblər.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!