Polis “Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı ilə məşğul olan və üzərində qanunsuz silah gəzdirən 8 nəfəri saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən Rəşad Ağayev, Kamal Saməddinzadə, Elxan Qasımov, Elçin Əsədullayev, Ramil Əlibəyov, Eldəniz Şərifov və Anar Bəxtiyarzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, psixotrop maddə olan metamfetamin və satışı qadağan edilən 100 ədəd preqabalin həbi aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. pizza hut
Bundan başqa, üzərində qanunsuz olaraq 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və sandıqça gəzdirən əvvəllər məhkum olunmuş paytaxt sakini İlqar Əliyev də tutulub.
Telegram kanalımız