Parisdə iki silahlı şəxs diplomatı qarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Parisdə iki silahlı şəxs diplomatı qarət etdi

Dünya

16 Avqust 2024 15:35 690


Fransanın paytaxtı Parisdə iki silahlı şəxs Yeni Zelandiyadan olan diplomatı qarət edib. 

Oxu.Az bu barədə "RIA Novosti"yə istinadən məlumat verib. 

Belə ki, diplomatın evinə soxulan cinayətkarlar onun əl-qolunu bağlayıblar və tapançanın qundağı ilə onun baş nahiyəsinə zərbələr endiriblər. Daha sonra 34 yaşlı diplomatın şəxsi əşyalarını oğurlayaraq hadisə yerindən uzaqlaşıblar.  pizza

Nəşrin yazdığına görə, insident nəticəsində diplomat ciddi xəsarət almayıb. 

Hələlik dəymiş ziyanın məbləği müəyyən edilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!