Parisdə naməlum şəxslər Cənubi Sudanın idman nazirinin müavininin pulunu oğurlayıblar.
Yenisabah.az Valeurs Actuelles-ə istinadla xəbər verir ki, hadisə hotellərdən birində baş verib.
Nazir müavini Sudan nümayəndə heyətini qeydiyyatdan keçirmək üçün qəbula gedib, çantasını stolun üstündə nəzarətsiz qoyub. Bir neçə dəqiqədən sonra çantanın itdiyi məlum olub. Marqarita pizza
Çantada nümayəndə heyətinin xərcləri üçün nəzərdə tutulmuş 35 min ABŞ dolları məbləğində pul, qızıl-zinət əşyaları, sənədlər və telefon olub. Onun son geolokasiya məlumatları sayəsində polis şəhərin rayonlarından birində gizlədilən çantanı tapa bilib. Telefon və sənədlər tapılıb, oğrular yalnız pul və qızıl-zinət əşyalarını aparıblar. Oğrular bir neçə müşahidə kamerasına düşüb, lakin onlar hələ də saxlanılmayıb.
Olimpiya Parisində 2024-cü il Oyunları zamanı qurbanları Olimpiya iştirakçıları olan bir neçə oğurluq hadisəsi qeydə alınıb. Xüsusilə, Slovakiya velosiped komandası avadanlıqsız qalıb.
Telegram kanalımız