Parisdə Olimpiya kəndində biabırçılıq: Yemək çatışmır 

saytların hazırlanması

Evə çatdırılma

Parisdə Olimpiya kəndində biabırçılıq: Yemək çatışmır 

Dünya

26 İyul 2024 09:17 645


Böyük Britaniyadan olan idmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından və keyfiyyətsiz yeməklərdən şikayətləniblər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Enson “Daily Mail” nəşrinə bildirib. 

Vurğulanıb ki, idmançılar Olimpiya kəndindəki əsas restorandan narazıdırlar. pizza

“İaşə şirkəti yeməklərin çatdırılmasını sürətləndirmək üçün çalışır. Müəyyən qidalar kifayət deyil: yumurta, toyuq, müəyyən karbohidratlar. Bundan əlavə, idmançılara çiy ət verilir. Halbuki, yeməyin keyfiyyəti vacibdir. İdmançılarımız Klişidəki restoranımızda yemək yeməyə üstünlük verdilər”, - Enson deyib. 

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!