“Parkinq qiymətlərinin yüksək olması ciddi soyğunçuluqdur” - Deputat 

saytların hazırlanması

Evə çatdırılma

“Parkinq qiymətlərinin yüksək olması ciddi soyğunçuluqdur” - Deputat 

Siyasət

31 Oktyabr 2023 15:51 1224


“Parkinq qiymətlərinin yüksək olması ciddi soyğunçuluqdur. Əgər qiymətlərin 70 qəpik -1 manat arasında olması minimum 3-4 saat ərzində olsaydı, bundan sonrakı müddətdə əlavə vəsaitin gəlməsi normal qəbul oluna bilərdi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

O, paytaxt keçələrində artıq fəaliyyətə başlamış ödənişli parkinq xidmətlərinin qiymətlərindən söz açıb. Toyuqlu pizza

Xatırladaq ki, qiymətlərin zonalara görə fərqli olması sosial şəbəkələrdə və ictimaiyyətdə geniş tənqidə səbəb olub. Belə ki, insanlar ödənişli parkinq xidmətinin saatının 70 qəpik-1 AZN olmasının büdcələrinə ziyan olduğunu dilə gətirərək, bununla bağlı xüsusi tədbirlərin olmasını tələb ediblər.

Qiymətlərin saata nisbətən yüksək olduğunu dilə gətirən F. Mustafa isə bildirib ki, parkinq müddətinin 1 saat/1 manat üzərində qurulması vətəndaş üçün böyük  problem yaradır:

“O baxımdan da bu məsələdə mütləq qayda-qanun yaradılmalı, bu kimi soyğunçuluq əməllərinə yol verilməməlidir. Çünki bəzən elə olur ki, vətəndaşların qısamüddətli avtomobillərini saxlaması bir sıra problemlərə gətirib çıxarır”.

BQP sədri təklif edib ki, dayanacaqların hamısı əlverişli şərtlərdə olmalıdır:

“Ona görə ki, bu məsələ işləyən insanlar üçün ciddi narahatlıq yaradır. Adam var ki, 8/100 saatlıq iş rejimi var. Əgər belədirsə, aylıq abunə formasında bu şəxslərə xüsusi bir sənəd verilməli, yəni imtiyazlı parkinqdən istifadə müddəti yaradılmalıdır. Yox, bunu etmirlərsə, onda insanları əziyyətə salmağa dəyməz. Çünki bu, hər şeydən əvvəl insanların ciddi şəkildə öz problemlərini həll etməsinə imkan verməyəcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • rəhim
    8 saat işdə olan adam necə ödəniş etsin. Dövlət işində olanlar bu tətbiq olunmamalıdır
    3 years ago