Partlayışda xəsarət alanların vəziyyəti ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Partlayışda xəsarət alanların vəziyyəti ilə bağlı AÇIQLAMA

Hadisə

30 Avqust 2022 22:40 1056


Sumqayıt Tibb Mərkəzi göstərən “Sunset” istirahət mərkəzindəki partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, bu gün saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.

Çağırışla əlqədar hadisə yerinə 2 briqada cəlb olunub və məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən “Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində orada çalışan 3 əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Xəsarət alan 1972, 1969-cu il təvəllüdlü ikisi qadın və 1963-cü il təvəllüdlü biri kişi olmaqla Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Dominos pizza

Vəziyyətləri ağır olan hər 3 şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yola salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!