Paşinyan barmaq tuşladı: Düşmən Putindir! - Ermənistan nəyə hazırlaşır?

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan barmaq tuşladı: Düşmən Putindir! - Ermənistan nəyə hazırlaşır?

Siyasət

17 Yanvar 2024 10:59 570


Azərbaycan-Ermənistan münasibətlərində yeni gərginlik mühitinin yaranmasından sonra Baş nazir Nikol Paşinyan başda olmaqla hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri Rusiyaya qarşı yeni vüsətlə təbliğat kampaniyasına başlayıblar. Hazırda siyasi kuluarlarda belə təəssürat yaranıb ki, Nikol Paşinyan və qrupu Ermənistanı müttəfiqsiz qoymaq, bununla da Azərbaycanın əlinə daha çox rıçaqlar vermək istəyir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. 

Qəzet yazır ki, son dövrlərdə Ermənistan-Rusiya münasibətləri istiləşməyə doğru irəliləyiş, tərəflər arasında konstruktivlik görünürdü. Xüsusən də ötən ilin sonunda Nikol Paşinyanın Peterburqa getməsi buna səbəb olub.  pizza hut

Nəşrin məlumatına görə, bununla belə, Paşinyan həftəsonu partiya üzvləri ilə görüşündə anti-Rusiya kampaniyasının yeni mərhələsinə başlayıb:

“Azərbaycanla gərginləşən münasibətlərdə o, ad çəkmədən mümkün müharibənin bütün məsuliyyətini və günahını üçüncü ölkənin üzərinə atmağa çalışıb. Aydındır ki, Paşinyanın eyhamı Rusiya olub. O bildirib ki, Ermənistan və Azərbaycandan kənarda sülhün bərqərar olmasına mane olan qüvvələr var. 

Qeyd edək ki, Azərbaycan Prezidenti bir neçə ildir ki, Paşinyanla Zəngəzur dəhlizi məsələsində razılığa gəldiyini bəyan edir. Düzdür, Paşinyan və hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri bunu hər zaman inkar edirlər. İrəvanda hesab edirlər ki, onlar “Artsax”ı Azərbaycana təhvil verdikləri kimi, Zəngəzur dəhlizi ilə bağlı əldə olunan gizli sövdələşmənin bəndlərini də yerinə yetirəcəklər və xalqın etirazı fonunda yeni günahkarları təyin etməyə çalışacaqlar. Hansı ki, Paşinyan və komandası bu günlərdə bunun üçün zəmin hazırlamaqdadır. Artıq günahkarların bütöv bir sırası var: birincilər, ruslar, generallar və “beşinci kolon”. 

Erməni nəşri əlavə edib ki, Paşinyanın ən qalmaqallı və anti-erməni fikirlərini komanda yoldaşlarına səsləndirməsi artıq ənənə halını alıb və onlar bunu etməyəcək qədər ağıllı deyillər: 

“Bu dəfə Paşinyanın siyasətinin niyyətlərini Milli Məclisin sədri Alen Simonyan açıqlayıb. O, Paşinyanla davam edərək regionun əmin-amanlığına kimin mane olduğunu təsvir edib və “üçüncü dövlət” fikrini ortaya atıb. A. Simonyan söyləyib ki, sülh müqaviləsinə gəlincə, Azərbaycan və Ermənistan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən tərəflər özlərini “yaxşı vasitəçi” kimi göstərir”. 

“Hraparak”a görə hakim partiya departamentinin sədr müavini Gevorq Papoyan isə jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya Federasiyasından danışaraq, Sünikdə nəyisə idarə etməyin Rusiyanın arzularından biri olduğunu deyib:

“Rusların Sünikdə gəlib nəyəsə nəzarət etməsinin mənası yoxdur, bu, sadəcə, arzu və istəkdir. Sənəddəki 9-cu bənd isə ondan ibarətdir ki, Ermənistan öz qanunvericiliyinə uyğun olaraq yol verməyə hazırdır. İddia edirlər ki, guya 10 noyabr sənədində Rusiya və Azərbaycan öhdəliyə götürdüyü işləri həyat keçirib. Lakin biz hesab edirik ki, belə bir məqam yoxdur və görülməli olan bütün məqamlar yerinə yetirilməyib. Qısacası, 9-cu bənddə dəhlizdən söhbət getmir, söhbət yolların açılmasından, sərhədlərin açılmasından gedir ki, bu da bütövlükdə Ermənistan dövlətinin gündəliyidir”.

Xatırladaq ki, 10 noyabr tarixli bəyanatın 9-cu bəndində açıq şəkildə göstərilir ki, bağlanmayan yollara nəzarət üçüncü ölkənin sərhədçiləri tərəfindən həyata keçirilməlidir. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!