Paşinyan daha bir “qarabağlı mer”i həbs etdirdi - Ağdərənin “rəhbəri” İrəvanda qandallandı 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan daha bir “qarabağlı mer”i həbs etdirdi - Ağdərənin “rəhbəri” İrəvanda qandallandı 

Dünya

25 May 2024 10:24 575


"Sputnik Armenia" yazır: "Qarabağın digər şəhəri Ağdərənin (Martakertin) meri Ermənistanda saxlanılıb. Bu barədə vəkil Ruben Melikyan sosial şəbəkələrdə məlumat yayıb. Mişa Gyurjyan ötən gecə saxlanılıb". 

Musavat.com xəbər verir ki, bundan əvvəl də separatçı rejimin İrəvandakı qalıqlarının təmsilçiləri arasında həbs olunanlar var. Əskəranın qondarma "mer"i Hayk Şamiryan da iki gün əvvəl saxlanılmışdı. 

Erməni mediası onların həbsində siyasi kontekstin olmasını bildirir. İddialara görə Gyurjyan və Şamiryan bundan bir neçə gün əvvəl Qarabağdakı separatçı rejimin digər nümayəndələri ilə birlikdə “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanla görüşübmüş.  Dördpendirli pizza

Paşinyan hökuməti keşişə qoşulan sadə "qarabağlı"ları da dövlət yardımının kəsiləcəyi ilə hədələyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!