Paşinyan ianə gecəsi keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan ianə gecəsi keçirdi

Dünya

01 Avqust 2023 09:00 1098


İyulun 31-də İrəvan Ağsaqqallar Şurasına seçkilər ərəfəsində Ermənistanın “Vətəndaş Müqaviləsi” partiyasının pul toplama gecəsi keçirilib.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, ianə gecəsində Baş nazir Nikol Paşinyan da çıxış edib.

Qəzet yazır ki, Baş nazirin xanımı Anna Akopyana məxsus “Mənim addımım” fonduna il ərzində bir neçə erməni biznesmen və oliqarx tərəfindən müxtəlif məbləğlərdə ianələr göndərilib. Hakim partiya rəsmiləri ianələrin, əsasən, 44 günlük müharibədə iştirak edən hərbçilərin valideynlərinin problemlərinin həlli istiqamətində xərclənəcəyini bildirsə də, hələlik bu barədə rəsmi bir məlumat yoxdur. Marqarita pizza

Nəşrin məlumatına görə, ianə gecəsində hakim partiyanın bir sıra funksionerləri və erməni siyasi elitasının əsas üzvləri iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!