Paşinyan istefa verdi? - Mətbuat katibindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan istefa verdi? - Mətbuat katibindən AÇIQLAMA

Siyasət

14 Dekabr 2020 01:12 1565


Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsindən istefa verməsi barədə söz-söhbətlər qeyri-ciddidir.

Yenisabah.az xəbər verir ki, bu barədə Nikol Paşinyanın mətbuat katibi bildirib.

O, qeyd edib ki, qeyri-ciddi xəbəri təkzib etməyə ehtiyac görmür. pizza sifarişi

"İstefa haqqında xəbərlər o qədər qeyri-ciddidir ki, şərhə ehtiyac duyulmur", - baş nazirin mətbuat katibi Mane Qevorqyan deyib.

Dünən bir sıra teleqram kanallarda Paşinyanın istefaya getməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, artıq bir aydan çoxdur Ermənistan müxalifəti ölkədə kütləvi aksiyalar keçirərək Nikol Paşinyanın istefasını tələb edir. Aksiyalar zamanı dəfələrlə polis əməkdaşları ilə müxalifətçilər arasında toqquşmalar baş verib. Nəticədə onlarla insan xəsarət alıb. Mitinqlər yüzlərlə müxalifətçinin saxlanılması ilə müşayiət olunub. Etiraz aksiyalarına səbəb Paşinyanın 10 noyabr bəyanatına imza atmasıdır. Ermənistanın aparıcı müxalifət partiyaları onu satqınlıqda və təslimçilikdə ittiham edir. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!