Paşinyan karyerasının son günlərini yaşayır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan karyerasının son günlərini yaşayır

Siyasət

17 Dekabr 2020 18:00 1435


Ermənistanın Baş naziri Nikol Paşinyan artıq karyerasının son günlərini yaşayır.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, artıq Ermənistanın ictimai-siyasi mühiti tamamilə Paşinyana qarşıdır.

Məlumatlarda bildirilir ki, artıq erkən seçkilərin də Paşinyan və komandası üçün xilas yolu olması şübhəlidir. Çünki Ermənistan müxalifəti, erməni diasporu və İrəvanla Moskvanın strateji müttəfiqliyinin davam etməsinin tərəfdarı olan digər qüvvələr  Paşinyanın dərhal istefa verməli olduğunu bəyan edirlər. Bu baş verməyəcəyi təqdirdə ölkədə inqilabi proseslərə start veriləcəyi ehtimal olunur. pizza hut

Bildirilir ki,  müxalifət ölkədə gərginliyin davam etməsində maraqlıdır. Çünki gərginlik davam etdikcə Paşinyan və komandasının yanlış addımları artır. Bu isə Ermənistan cəmiyyətinin ayağa qalxaraq Paşinyanı devirməsilə nəticələnə bilər.

Proseslərdə yeni qüvvələr də iştirak edir. Siyasi arenadakı yeni aktorların da gündəmi ölkədə təlatümlərin davamı üçün razılıq əldə etməkdir.

Gərginlik tərəfdarı olan yeni siyasi liderlərdən biri də Paşinyan hakimiyyətində təhlükəsizlik xidmətinin rəhbəri olmuş Artur Vanesyandır. O, indi Paşinyanı ən sərt tənqid edən siyasi fiqurlardan biridir. Ölkədəki  gərginlikdə onun da xidmətlərindən istifadə edildiyi  ehtimal olunur. Məsələn, guya Paşinyanın Qarabağı 5 milyard dollara satdığı barədə məlumatın Vanesyan tərəfindən mediaya sızdırıldığı güman edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!