Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək

Siyasət

29 Aprel 2024 16:40 575


Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq.

Yenisabah.az xəbər verir ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra gündəmdə olan məsələlərdən biri də Nikol Paşinyanın mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyidir.

MediaHub mənbələri iddia edir ki, hazırda tədbirə getməmək qərarı verilib. "Ermənistan mahiyyətcə, bir daha göstərmək istəyir ki, müttəfiq kimi Rusiyadan narazıdır". Marqarita pizza

Saytın mənbəsinin məlumatına görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq. Ancaq Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək: bu, artıq Qərbin tələbidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!