Paşinyan Putinin qarşısında yenə boynunu bükdü - Səbəbi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Putinin qarşısında yenə boynunu bükdü - Səbəbi bilindi

Siyasət

19 Yanvar 2024 14:15 1092


“Son vaxtlar Ermənistanın anti-Rusiya ritorikasının azaltmasının arxasında bir neçə səbəb var”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov deyib. 

Analitik ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) Rusiya-Ermənistan münasibətləri bağlı yayımladığı hesabatdan söz açıb. Sezar pizza

Xatırladaq ki, ISW ekspertlərinin sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan artıq Moskva qarşısında əyilir. Onların fikrincə, hərçənd Ermənistanın Rusiya ilə danışıqlara yenidən can atmasını diplomatik tələ olduğunu deyənlər və bu barədə xəbərdarlıq edənlər də var. 

Məqalədə, həmçinin o da qeyd olunub ki, Rusiya mənbələri Moskvadan uzaqlaşdığına görə İrəvanın peşman olduğunu nümayiş etdirirlər. Analitiklər aydınlaşdırıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də Qərbin məsləhətlərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olduğunu iddia edib və Rusiyanın rəhbərlik etdiyi danışıqların daha perspektivli olduğunu deyib. 

Məsələyə münasibət bildirən S.Hümbətov qeyd edib ki, Ermənistan hakimiyyəti Rusiyanın Ukraynada dönüş etdiyini düşünür:

“O cümlədən, Baş nazir Nikol Paşinyanın dekabrın sonlarında Sankt-Peterburqda olan səfərindən sonra bu proses dəyişməyə başladı. Görünən odur ki, Moskva İrəvana hansısa vədlər verib. Bunlar ya silahlanma, ya Ermənistan iqtisadiyyatına müəyyən yatırımların edilməsi və yaxud da hansısa təhlükəsizlik təminatları ola bilər”. 

Siyasi təhlilçi hesab edir ki, Qərbdən Ermənistana verdiyi vədləri tam yerinə yetirməməsi İrəvanı anti-Rusiya ritorikasından müəyyən mənada çəkilməyə yönəltdi: 

“Biz səbəb kimi bu amilləri göstərə bilərik. Bu məsələdə yekun bir səbəb isə odur ki, Ermənistan hakimiyyəti dəyişkən xarici siyasət tutan, tez-tez öz fikirlərini dəyişməyə yönəltmiş bir mövqe sərgiləyir. Bu baxımdan, ISW analitikləri verdiyi hesabatda bu detalları tam şəkildə açmasalar da, özləri də yaxşı başa düşür ki, baş verənlərin arxasında sözügedən səbəblər dayanır”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!