Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir

Siyasət

22 Aprel 2024 23:44 628


Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir.

"Report" Ermənistan İctimai Televiziyasına istinadən xəbər verir ki, bu barədə hökumət başçısı britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, – Ermənistan lideri vurğulayıb. Dördpendirli pizza

Eyni zamanda, Paşinyan ölkəsinin Qarabağda müharibə aparmaq niyyəti olmadığını diqqətə çatdırıb:

“Ermənistanın 29 743 kvadrat kilometr ərazisindən kənarda suverenliyi yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!