Paşinyan Rusiyanı biabır etdi: “Verdiyiniz silahlar işə yaramadı”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Rusiyanı biabır etdi: “Verdiyiniz silahlar işə yaramadı”

Siyasət

23 Dekabr 2020 08:25 2963


Paşinyan tarixi məğlubiyyətinə görə Rusiyanı günahlandırıb.

“Yeni Sabah” Rusiya mətbuatına istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Elektron müharibə sistemlərinin işə yaramadığını bildirərək bütün günahların Rusiyada olduğunu deyib.

“Rusiya istehsalı olan elektron müharibə sistemləri işə yaramadı.  Buna görə ordumuz bir hədəfə çevrildi”, – deyə erməni baş nazir gileylənib. Pepperoni pizza

Ermənistan ordusunun Qarabağ bölgəsində ağır itki verdiyini etiraf edən Paşinyan, “Əgər sülh və sülh sazişini qəbul etməsəydik, bu müharibənin nəticələri bizim üçün daha ağır olardı”, – deyə Paşinyan məğlubiyyət acısını dilə gətirib.

Moskva rəhbərliyini qınayan Paşinyan, müharibə zamanı Rusiyadan lazımi dəstəyi almadıqlarını qeyd edib. /MediaBaku.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!